AZ

Cosep Borrell:''Fələstindəki qurbanların əksəriyyəti uşaqlardır''

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell bildirib ki, Qəzza başda olmaqla, Fələstindəki qurbanların əksəriyyəti uşaqlardır.

İordaniya Universitetindən verilən açıqlamaya görə, Cosep Borrell beynəlxalq siyasətdəki roluna görə fəxri doktor adına layiq görülüb. Mərasimdə çıxış edən Cozep Borrell İsrailin Qəzzaya hücumlarına diqqət çəkərək, bunu "uşaqlara və onların gələcəyinə qarşı müharibə" adlandırıb.

"Bölgədə hər gün onlarla uşağın öldürüldüyünü" xatırladan Cozep Borrell Qəzza başda olmaqla Fələstindəki qurbanların əksəriyyətinin uşaqlar olduğunu vurğulayıb.

Sülhün təmin edilməsi üçün qeyri-qanuni işğallara, qırğınlara və günahsız insanlara tətbiq edilən aclıq siyasətinə son qoyulmasının vacib olduğunu qeyd edən Cozep Borrell bu kontekstdə hərtərəfli və qərəzsiz araşdırmanın aparılmasının önəmini bildirib.

C.Borrell həmçinin, getdikcə qütbləşən dünyada separatizmlə mübarizə aparılmasına və anlaşma körpülərinin qurulmasına çağırıb.



Seçilən
2
3
trt.net.tr

4Mənbələr