Qanın 83%-i, sümüklərin 22%-i, beyin və əzələlərin 75%-i sudan ibarət olduğundan, kifayət qədər su içmək sağlamlıq üçün çox vacibdir.
News24.az xəbər verir ki, suda natrium, kalium, kalsium, maqnezium və fosfat kimi minerallar var. Böyrəkləri sağaldır və bədəndə yığılmış toksinləri və zərərli maddələri çıxarmağa kömək edir.
İçməli su orqanizmin maye ehtiyacını ödəyir. Böyrək xəstəlikləri riskini azaldır, ürək sağlamlığını dəstəkləyir, beyin sağlamlığına faydalıdır, öskürək və boğaz ağrısına faydalıdır, dərini qidalandırır, maddələr mübadiləsini sürətləndirir, ödemi aradan qaldıraraq arıqlama prosesini dəstəkləyir.
Bu baxımdan mütəmadi olaraq tövsiyə olunan miqdarda su içmək bədən sağlamlığını tarazlaşdırmağa kömək edir.
Mütəxəssislər ümumiyyətlə gündə 8-10 stəkan su içməyin ideal olduğunu deyirlər. Lakin su ehtiyacı yaşa, iqlim şəraitinə, istehlak edilən qidalara və fiziki fəaliyyətə görə dəyişə bilər.
Yaşa görə içməli olan gündəlik su miqdarı belədir:
- 4-8 yaşlı uşaqlar üçün 1-1,5 lt
- 9-13 yaşlı uşaqlar üçün 1,5-2 lt
- 14-18 yaşlı gənclər üçün 2-2,5 litr
- Yetkinlər üçün gündə orta hesabla 2-3 litr
Onu da qeyd edək ki. səhər oyanan kimi ac qarına su içmək orqanizmin maddələr mübadiləsi sürətini xeyli sürətləndirir. Bu, arıqlamaq istəyən insanlar üçün çox faydalıdır. Aç qarına su içmək çəkiyə nəzarət, həzm sisteminin sağlamlığı və bədəndən toksinlərin çıxarılmasında mühüm rol oynayır.
Günel Məlikzadə