AZ

Kərim Vəliyev pakistanlı generalla terrorla mübarizəyə dair müzakirə apardı

Pakistanda səfərdə olan Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bu ölkənin Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı general Asim Munir ilə görüşüb.

Bu barədə "Unikal"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, general-polkovnik K.Vəliyev dost və qardaş ölkə Pakistanla bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət mərkəzində olduğunu xüsusi vurğulayıb.

Görüşdə ikitərəfli hərbi əməkdaşlığın genişləndirilməsi və birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi bildirilib, habelə ölkələr arasında strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyi qeyd olunub.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanın şimal-qərbində yerləşən Tirah vadisində baş vermiş terror hücumunu pisləyib, həlak olanlarla bağlı Pakistan tərəfinə başsağlığı verib.

Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın müzakirə edildiyi görüşdə terrorla mübarizə və təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
 

Seçilən
6
32
unikal.az

10Mənbələr