"Real Madrid"in bir neçə dəfə rasizmlə üzləşən braziliyalı cinah hücumçusu Vinisius Junior DNT testi verərək Kamerun kökənli olduğunu öyrənib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı "Ge.globo" yayıb.
Mənbə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində baş tutan matçdan - Uruqvayla oyundan (1:1) öncə Vinisiusa testin nəticəsi ilə bağlı sertifikat təqdim olunduğunu vurğulayıb.
Xatırladaq ki, 24 yaşlı futbolçu 2018-ci ildən "Real"ın uğurları üçün çalışır.
Nihat