AZ

Ermənistan XİN bu barədə Bakı ilə təmasların olduğunu açıqladı

Transsərhəd su ehtiyatlarının idarə edilməsində Ermənistanla Azərbaycan arasında rəsmi əməkdaşlıq yoxdur. 

Oxu24.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi ABŞ səfirinin Bakıdakı son bəyanatını şərh edərkən bildirib.

"Bu mövzuda təmaslar yalnız iki ölkənin qeyri-hökumət təşkilatları səviyyəsində olub", - nazirlik qeyd edib.

Qeyd edək ki, ABŞ-nin Bakıdakı səfiri Mark Libbi Azərbaycan və Ermənistanın hidroloqları və mühəndislərinin regionun sərhədyanı çaylarının vahid idarəetmə sxeminin yaradılması üzrə birgə işini elan edib.

Seçilən
4
3
oxu24.com

3Mənbələr