AZ

119 ölkə biomüxtəliflik üzrə milli hədəflərini təqdim edib - UNEP

Bakı. Trend:

119 ölkə su ilə birbaşa əlaqəli olan biomüxtəliflik üzrə millihədəflərini təqdim edib.

Trend xəbər verir ki, bubarədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavinivə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnqerAndersen COP29 çərçivəsində "Su Gününün qeyd edilməsi: İqlim,təbiət və insanlar üçün xilasedici halqa" adlı yüksək səviyyəlitədbirdə bildirib.

"Bu ilin fevralında keçirilmiş BMT-nin Ətraf Mühit üzrə 6-cıAssambleyasında su siyasətinin gücləndirilməsi və su ehtiyatlarınınidarə edilməsi təşəbbüslərinin artırılmasına yönəlmiş qətnamə qəbuledilib. Verilmiş milli müəyyən edilmiş töhfələrin (NDC) 90faizindən çoxu su ilə bağlı mühüm elementləri əhatə edir ki, bu damüsbət haldır.

119 ölkə artıq biomüxtəliflik üzrə milli hədəflərini təqdimedib. Lakin acı həqiqət budur ki, bu öhdəliklər nə maliyyələşmə, nədə fəaliyyət və ya kompleks yanaşmalar baxımından yerinəyetirilmir. Məhz buna görə Su üzrə Bakı Dialoqu belə böyükəhəmiyyət kəsb edir. Biz daha sürətlə hərəkət etməli və sektoralyanaşmadan ümumi iqtisadi yanaşmaya keçməliyik", – deyə İ.Andersenvurğulayıb.

Onun sözlərinə görə, şəhər infrastrukturuna, kənd təsərrüfatına,suyun istifadəsinə və saxlanmasına, həmçinin təbii su anbarlarınayenidən baxılmalıdır.

"Biz institusional öhdəliklər və investisiyalarlauyğunlaşdırılmış konkret fəaliyyət proqramına malik olmalıyıq. Hələdə yanlış yerlərdə infrastruktur layihələrinə sərmayə qoymağa davamedirik, çayları kanallaşdıraraq onları yüksək su səviyyələrində"nəfəs alma" imkanından məhrum edirik və keçmişə əsaslanan,gələcəyin proqnozlarına deyil, keçmişə əsaslanan hidroelektrikstansiyalar inşa edirik ", – deyə İ.Andersen bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
35
2
az.trend.az

3Mənbələr