Naxçıvan Muxtar Respublikasının İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri növbəti ildən etibarən İşsizlikdən Sığorta Fondunun (İSF) büdcə göstəricilərinin tərkibində nəzərə alınacaq.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
Vüqar Gülməmmədov qeyd edib ki, bu, İşsizlikdən Sığorta Fondunun büdcə göstəricilərinin Naxçıvan MR İSF-in gəlir və xərcləri nəzərə alınmaqla tərtib edilməsi dövlət məşğulluq siyasətinin tamlığına və bu siyasətin əhatə dairəsi ilə bağlı daha dəqiq məlumatların əldə olunmasına xidmət edəcək.