Noyabrın 21-də ilk dəfə açıqlanan “Times Higher Education” Interdisciplinary Science (Fənlərarası Elm) reytinqində Azərbaycanın 3 universiteti yüksək nəticə göstərib.Metbuat.az xəbər verir ki, ümumilikdə 749 universitet arasında Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) 201-250-ci yerləri tutub. Azərbaycan Texniki Universiteti (AzTU) isə 401-500-cü mövqedə qərarlaşıb.Bundan əlavə, UNEC, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMiU), Naxçıvan Dövlət Universiteti (NDU), Sumqayıt Dövlət Universiteti (SDU), Azərbaycan Tibb Universiteti (ATU), Bakı Ali Neft Məktəbi (BANM) və Xəzər Universiteti reytinqdə “məruzəçi” (reporter) qismində yer alıb.Qeyd edək ki, “Times Higher Education” Interdisciplinary Science reytinqi universitetlərin fənlərarası elmi fəaliyyətlərinə verdiyi töhfələri qiymətləndirən ilk reytinqdir. Bu uğur Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq elm arenasında artan nüfuzunun göstəricisidir.