İnstaqram öz süni intellekti sayəsində istifadəçilərin alqoritmini qarşılıqlı əlaqədə olduqları məzmuna görə tənzimləyir. Alqoritmlərlə idarə olunan müasir internet bəzən səhvlərə yol verə bilər.
Müvəqqəti maraq və ya təsadüfən bəyəndiyiniz məzmun, istəmədiyiniz yazılarla dolu axınına səbəb ola bilər.
News24.az xəbər verir ki, Meta-nın açıqlamasına görə, istifadəçilər artıq alqoritmi sıfırlaya biləcəklər.
Bu prosesdən sonra alqoritminiz yenidən yaradılacaq.
Bununla belə, alqoritm aktiv olmağa davam edəcək; Vaxt keçdikcə məzmun tövsiyələri qarşılıqlı əlaqəniz əsasında yenidən formalaşdırılacaq.
Mövzu ilə bağlı açıqlama verən Instagram prezidenti Adam Mosseri, "İstifadəçilərə yeni bir başlanğıc etmək istədikləri zaman Explore, Reels və Feed-də gördükləri məzmun tövsiyələrini sıfırlamağa imkan verəcək bir üsulu sınaqdan keçiririk. Sıfırladıqdan sonra tövsiyələriniz zaman keçdikcə yenidən şəxsi olmağa başlayacaq" dedi.
Günel Məlikzadə