AZ

İran Putini satıb? – Kəşfiyyat məlumatları üzə çıxarsa…

Qərb-Rusiya gərginliyi fonunda İranın susqunluğu diqqət çəkir. Rəsmi Tehran sanki gözləmə mövqeyindədir. Yəni Qərb Rusiyanı bitirsə, regional və qlobal siyasəti bunun üzərinə quracaq kimi görünür.

Bəs, Putin məğlub olmasa, çətin vaxtında ona köməyə gəlməyən İranı bağışlayacaqmı?

Globalinfo.az-a danışan Əlimusa İbrahimov deyib ki, Amerika Birləşmiş Ştatlarının getməkdə olan prezidenti Co Baydenin Ukraynaya göndərdiyi silahlarla Rusiyanın dərinliklərinə vurmağa icazə verməsi siyasi dairələrdə şok effekti yaradıb:

“Ukrayna uzun müddət idi ki, bu icazənin arxasında gedirdi və Ağ Ev sahiblərindən icazə almaqda çətinlik çəkirdi. Ukrayna Prezidenti Volodimir Zelenski bu icazəni ala biləcəyinə olan ümidini bəlkə də itirmişdi. Baydenin son anda qəbul etdiyi qərarın nə məqsədlə verildiyi hazırda müzakirə mövzusudur və uzun müddət də belə olacaq. Lakin dünya ictimaiyyətini düşündürən əsas məsələ Baydenin bu qərarından sonra Rusiya ilə Ukrayna arasında 3 ildir ki davam edən bu münaqişənin hansı səviyyəyə qədər qalxacağıdır. Mütəxəssislər tərəfindən verilən proqnozlar heç də nikbin deyil. 5 mülahizədən 4-ü yeni dünya müharibəsinin başlanacağı istiqamətindədir”.

Əlimusa İbrahimov

Politoloqun sözlərinə görə, Rusiyanın sayı heç də çox olmayan müttəfiqləri ABŞ prezidentinin qərarına öz mənfi münasibətlərini bildirib və Rusiyaya müxtəlif səviyyəli yardımlarını davam etdirirlər:

“Mövqe bildirməyən sadəcə İrandır. Yəni İrandan yüksək səviyyədə Baydeni ittiham edən bəyanatlar səsləndirilməyib. Eləcə də Rusiyaya İrandan vəziyyətlə bağlı dəstəyin göstərilməsi müşahidə olunmur. Bu susqunluq İranın Qərb və ya ABŞ ilə dil tapması və müzakirələr apardığı anlamına gəlmir ki?

Düşünürəm ki, İranın hazırda mövcud olduğu şərait heç də Rusiyanın düşdüyü vəziyyətdən yaxşı deyil. Trampın yenidən prezident seçilməsi islam dövlətinin başı üzərindəki buludları daha da sıxlaşdırıb. İran hər gün ABŞ və İsrailin ona qarşı düşmənçilik münasibətlərinin yeni dalğasını gözləyir. O, özü düşdüyü çətin vəziyyətdən çıxış yolu axtarır. Amma bu, Tehranın Rusiyadan dəstəyini kəsmək anlamına gəlməməlidir. İran yenə də əvvəlki qaydada öz imkanları və Rusiyanın tələbatı səviyyəsində Moskvaya yardımını göstərir. Amma bu yardım ifşa olunana qədər ictimaiyyətə açıqlanmır. Buna görə də hesab edirəm ki, yaxın günlərdə, İranın ali dini rəhbərinin Baydenin Ukraynaya verdiyi icazəni tənqid edən bəyanatının şahidi olacağıq. Eyni zamanda İran raketlərinin yeni partiyasının Rusiyaya verilməsi barədə kəşfiyyat məlumatlarının ortaya çıxması da istisna olunmur”.

Seçilən
15
turkustan.az

1Mənbələr