“Qərb Gürcüstandakı seçkilərə müdaxilə edir, lakin özü bunda Rusiyanı günahlandırır”.
Missiya.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Rusiya başqa ölkələrin işlərinə qarışmır, lakin onun sərhədlərində baş verənlərə də biganə qalmır.
Zaxarova bildirib ki, Qərb Moskvanı ittiham etməklə Gürcüstanın daxili siyasətinə müdaxiləsini gizlətməyə çalışır.
O, qeyd edib ki, gerçək təhlükənin kim olduğunu gürcülər özləri müəyyən edəcəklər.
Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçirilib və hakim “Gürcü Arzusu” partiyası qələbə qazanıb.
Daşqın HəsənovMissiya.Az