AZ

Elza Seyidcahanın iddiasına DİM-dən cavab

Elza Seyidcahan “Həmin Zaur” verilişində yazdığı şeirlərin birinin dərsliklərə düşdüyünü iddia edib. 

"Cebheinfo.az" xəbər verir ki, Əməkdar artist fikirlərini belə açıqlayıb: 

“Yazdığım şeirlərdən biri artıq dərsliyi düşüb. Bu yaxınlarda mənə zəng vurub dedilər ki, imtahana getmişdik. Orada bilet çəkəndə haqqınızda yazılmışdı. Amma nə yazıldığı tam yadımda qalmayıb. 

İmtahanda sual olaraq qoyulub. Yəni, artıq dərsliyə düşüb. Seir haqqında sual olub. Həmin tələbə imtahandan kəsilməyib, çünki düzgün cavabı tapıb. 

İstərdim ki, “Əşyalar” adlı şeirim dərsliyə düşsün”.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən (DİM) "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, imtahanların (buraxılış, qəbul və s.) məzmunu dərsliyə əsaslanır:

"Yəni, suallar dərslikdən salınır. Dərslikdə yoxdursa, deməli, bizim imtahanlarda istifadə olunmayıb. Qeyd edim ki, DİM-in imtahanları test imtahanıdır, bilet çəkilmir. Yəqin ki, başqa bir imtahan nəzərdə tutulur. Bu yaxınlarda imtahanımız olmayıb". 

Seçilən
4
3
cebheinfo.az

10Mənbələr