AZ

Rusiya göyərtimizə də müştəri çıxır

Son günlər göyərti məhsullarının qiyməti artıb.

Belə ki, göyərti dəstələrinin qiyməti 10-15 qəpik idisə, hazırda 20 qəpiyə təklif olunur. 

İqtisadçı-ekspert Akif Nəsirli "Cebheinfo.az"- a açıqlamasında deyib ki, adətən yaz və payızda göyərtinin qiyməti ucuz olur: 

"Havalar sərin keçdikdə açıq havada göyərti inkişafı daha yaxşı gedir. Ona görə yazda və payızda göyərti ucuz olmalıdır. Payızın sonuna doğru gedirik, buna görə göyərtilərin inkişafı və becərilməsi zəifləyir. 

Buna görə fermerlər öz təsərrüfatını istixanalara köçürüb. İstixanalarda yetişdirmə xərci çox olduğuna görə göyərtilərin qiyməti bahalaşır. Yayda isə isti hava şəraitində göyərti inkişaf etmir. Ona görə də göyərti yay vaxtı ölkənin sərin ərazilərində becərilir. Buna görə də yayda da göyərti bahalaşır. Yəni, ölkəmizdə meyvə və tərəvəzlərin qiyməti mövsümə görə dəyişir. Hesab edirəm ki, fermerlərin xərclərini azaltmaq üçün onlara dövlət tərəfindən güzəştlər edilməlidir". 

Ekspert qeyd edib ki, istinaxalarda yetişdirilən göyərti Rusiya bazarına ixrac edilir: 

"Ölkəmiz hələ Sovet dönəmində Rusiya bazarına kütləvi məhsul ixrac edirdi. Müstəqillik dönəmində isə ixrac daha da artdı. İxrac etmək yaxşıdır, lakin daxili bazarı nəzərə almaq lazımdır. Çünki kütləvi ixrac olduqda qonşu dövlətlərdə bolluq, bizdə isə qıtlıq ola bilər". 

Seçilən
7
1
cebheinfo.az

2Mənbələr