AZ

Nazir: Aşağı karbonlu iqtisadiyyata keçid gender bərabərliyinin təşviqi ilə müşayiət olunmalıdır

Lima Gender üzrə İş Proqramının və onun Gender Fəaliyyət Planının yaradılmasından bəri əhəmiyyətli irəliləyiş əldə etmişik. Bu gün milli səviyyədə müəyyən edilmiş töhfələrin (NDC) 80 faizindən çoxunda genderə dair istinadlar var ki, bu da ilk NDC-lərlə müqayisədə nəzərəçarpacaq dərəcədə inkişafdır. Bununla belə, hədəflərimizə tam çatmaq üçün daha çox iş görməliyik. Aşağı karbonlu iqtisadiyyata keçid yalnız texniki dəyişikliklərlə deyil, həm də inklüziv imkanlar və hədəflənmiş maliyyələşdirmə vasitəsilə gender bərabərliyinin təşviqi ilə müşayiət olunmalıdır.


Ekologiya.az xəbər verir ki, bu fikirləri ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev COP29 çərçivəsində keçirilən “Şəffaflıqda gender” mövzusunda yüksəksəviyyəli tədbirdə çıxışı zamanı səsləndirib.


Nazir bildirib ki, Paris Sazişi çərçivəsində Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsi (ETF), xüsusən də ikiillik şəffaflıq hesabatları (BTR) ölkələr üçün mühüm imkanlar təqdim edir. BTR-lər ölkələrin hesabat proseslərində gender aspektlərini inteqrasiya etmələri üçün güclü bir alətdir. Genderə xüsusi diqqət yetirən məlumatlar və hesabat mexanizmlərindən istifadə etməklə iqlim siyasətlərinin müxtəlif qruplara təsirlərini daha yaxşı anlaya bilərik. Bu, boşluqları müəyyən etməyə və daha ədalətli həll yolları yaratmağa şərait yaradır.


“Lima İş Proqramı çərçivəsində əldə etdiyimiz əməkdaşlıq və irəliləyişdən ilham alaraq, qətiyyətlə irəliyə baxmalıyıq. Mən hər birinizi bu müzakirəyə həm təcili, həm də ümidlə yanaşmağa çağırıram. Birlikdə çalışaraq gender bərabərliyinin iqlim fəaliyyətinin əsas sütununa çevrilməsini təmin edə bilərik,” - deyə Muxtar Babayev vurğulayıb.

Seçilən
22
ekologiya.az

1Mənbələr