Trampdan qaçan amerikalılara 1 avroya ev təklif edirlər
İtaliyanın bir çox kəndi kimi Ollolai də çoxdan kənar insanları məskunlaşmağa razı salmağa çalışır. Vəziyyəti cəlbedici etmək üçün buradakı uçuq-sökük evləri hətta 1 avroya da təklif edirlər.
Reyting.az xəbər verir ki, indi, noyabrın 5-də səsvermənin nəticələrindən sonra kənd amerikalı mühacirlərə yönəlmiş vebsayt açıb və nəticədən narazı olanların boş mülklərdən birini almağa tələsəcəyi ümidi ilə ucuz evlər təklif olunub.
Eyni zamanda Trampdan narazı olanların diqqətini cəlb etmək məqsədilə “Qlobal siyasət sizi bezdiribmi?”, “Yeni imkanlardan istifadə edərək daha balanslı bir həyat tərzini mənimsəmək istəyirsinizmi?”, “Avropa qaçışınızı Sardiniyanın sehrli cənnətində qurmağa başlamağın vaxtı gəldi” kimi elanlar da verilir.
Bələdiyyə sədri Françesko Kolumbu bildirib ki, internet saytı xüsusilə prezident seçkilərindən sonra Amerika seçicilərini cəlb etmək üçün yaradılıb. O, ABŞ-ı sevdiyini və amerikalıların onun cəmiyyətini canlandırmaq üçün ən yaxşı insanlar olduğuna inandığını ifadə edib.
V. QULİYEV