"İsrailin Qəzzada geniş yayılmış vəhşiliklərinin qeyri-qanuni cəzasız qalması və müttəfiqlərinin güclü dəstəyi onun aqressiv siyasətinə təkan verib".
Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bu sözləri Nyu-Yorkda BMT-nin Dördüncü Komitəsinin sessiyasında çıxış edən İranın BMT-dəki səfiri Səid İrəvani deyib.
Onun sözlərinə görə, İsrail qüvvələri cinayətkar liderlərinin bilavasitə komandanlığı altında fələstinli mülki əhalini qırmağa, aclığa və etnik təmizləməyə davam edir:
"Qəzzanın mülki infrastrukturu tamamilə məhv edilib. Dünyanın gözü qarşısında açıq-aşkar bir soyqırım baş verir. Ən amansız və qəddar şəkildə qabaqcıl silahların istifadə olunduğu qeyri-mütənasib müharibədə əksəriyyəti qadın və uşaq olmaqla qırx dörd mindən çox fələstinli öldürülüb, yüz mindən çox dinc sakin yaralanıb və on mindən çoxu dağıntılar altında qalıb. Bu rejim təcavüzünü 3500 günahsız insanın ölümünə, 15000 nəfərin isə yaralanmasına səbəb olan Livana da uzadıb".
Gülşən Şərif