Ursula fon der Leyenin rəhbərliyi ilə Avropa Komissiyası 2024-cü il dekabrın 1-də yenilənmiş tərkiblə işə başlamağa hazırlaşır. AFN.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Parlamentindəki siyasi qrupların liderləri Avropa Komissiyasının yenilənmiş tərkibi məsələsində razılığa gələ biliblər.Parlamentin plenar iclasında yekun səsvermə noyabrın 27-də Strasburqda keçiriləcək. Məhz bu iclasda yeni Avropa komissarlarının namizədliyi rəsmən təsdiqlənəcək və bundan sonra qurum öz işinə başlaya biləcək.Avropa Parlamentində keçirilən dinləmələr zamanı Avropa Komissiyasının vitse-prezidenti vəzifəsinə altı namizəd dəstək verməkdə çətinlik çəkib. Beləliklə, sosialistlər və sosial demokratlar ölkənin hakim sağçı “İtaliya Qardaşları” partiyasından italiyalı Raffaele Fittonun namizədliyini təsdiqləmək istəməyiblər.Eyni zamanda sağ mərkəzçi Avropa Xalq Partiyasının alyansı İspaniyanın hazırkı ətraf mühit naziri və Valensiyada son fəlakətli daşqın zamanı hərəkətsizlikdə ittiham olunan sosialist Teresa Riberanın namizədliyinə qarşı çıxıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta