AZ

İsmayıl Nadirxanlı: “32 yaşını qeyd edən YAP- ın Azərbaycan tarixindəki əvəzolunması rolu var”

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyasının təsis olunmasının 32 ili tamam olur. Partiya ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edir. Yeni Azərbaycan Partiyasının fəaliyyət istiqamətlərinə və prinsiplərinə diqqət yetirdikdə onun 32 ildə Azərbaycanın bugünü və gələcəyi naminə gördüyü işlərin aydın mənzərəsi yaranır. Dahi şəxsiyyət Heydər Əliyev Yeni Azərbaycan Partiyasını dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdi. Bu mühüm cağırış da səsləndirildi ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir. YAP yarandığı gündən “Güclü dövlət, yüksək rifah” prinsipini fəaliyyətinin önündə saxlayır. Ümumiyyətlə, YAP-ın yaranması ilə ölkəmizin həyatında yeni mərhələ başladı.

Xalqın istəyi, zamanın tələbi ilə yaranan partiyanın 32 ildə keçdiyi inkişaf yolu müasir müstəqil Azərbaycanın uğurlarının təqdimatıdır. Hər bir dövlətin siyasətinin həyata keçirilməsində hakim partiya mühüm rol oynayır. Ölkənin uğurlarında hakim partiyanın öz payı olur. Bu baxımdan Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqilliyinin bərpası illərinin bələdçisi olmaqla 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həyatının mühüm mərhələsinə qədəm qoymuşdur. Bu qayıdış Azərbaycanı həmin illərin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, iqtisadi böhranından xilas etdi, torpaqlarımızın işğalının qarşısını aldı. Ümummilli Lider hakimiyyətə qayıtmasaydı, bu gün müstəqil Azərbaycandan danışmaq qeyri-mümkün idi.

Azərbaycan bütün işləri ardıcıllıqla edir. Qarşıya hədəflər qoyulur və düşünülmüş, gələcəyə hesablanmış siyasətimiz nəticəsində bu hədəflərə zamanında, yüksək səviyyədə nail oluruq. Reallığa çevrilən hədəflər yeni məqsədlərin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır. Bu hədəflərə çatmaqla Azərbaycanın siyasi, iqtisadi sahədə dayanıqlı inkişafı təmin edildi, beynəlxalq aləmdə mövqeyi möhkəmləndi, əsl söz sahibinə çevrildi. Ölkəmizi Qələbəyə aparan Ordumuzun maddi-texniki bazası möhkəmlənləndirildi. Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yaradıldı. Azərbaycan böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrildi və bu uğurlarımız əsasında ərazi bütövlüyümüz bərpa edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarix yazdı. Zəfər tariximiz yeni raeallıqlar yaratmaqla yanaşı, hədəfləri müəyyənlşdirməyi bir tələbə çevirdi.

Tarixi Zəfərimizin reallıqları əsasında VII qurultayını keçirən Yeni Azərbaycan Partiyasının həyatında yeni dövr başladı. Partiyanın VII qurultayında yeni tərkib formalaşdı. Veteranlar Şurası yaradıldı. Gənclərin dinamizmi ilə yaşlı nəslin təcrübəsi arasında vəhdətin yaradılması qarşıya mühüm vəzifə kimi qoyuldu. Partiyanın yeni Nizamnaməsi qəbul olundu. Dövlət başçısı İlham Əliyev VII qurultayda yeni reallıqlar əsasında partiyanın yeni Proqramının hazırlanmasının və təsdiqinin vacibliyini bildirdi. 5 fəsildən ibarət olan yeni Proqram YAP İdarə Heyətinin qərarı əsasında təsdiqləndi. “Biz birlikdə güclüyük!” devizini özündə əks etdirən Proqramda postmünaqişə dövrünün reallıqları, görüləcək işlər öz əksini tapıb. 32 illik fəaliyyətinin reallıqlarını özündə ifadə edən yeni Proqramı, Nizamnaməsi əsasında qeyd edən Yeni Azərbaycan Partiyasının qarşıdakı dövrdə görüləcək işləri sırasında hazırda işğaldan azad edilmiş ərazilərimizdə başlayan və geniş miqyas alan bərpa-quruculuq işlərini daha da sürətləndirmək, Böyük Qayıdışın tam şəkildə reallığa çevrilməsinə nail olmaq dayanır.

Möhtərəm Prezidentimiz, YAP Sədri İlham Əliyevin böyük əminliklə və inamla qeyd etdiyi kimi, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

Seçilən
2
editor.az

1Mənbələr