Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Löv "Bayern"in futbolçusu Camal Musiala haqda maraqlı əhvalat danışıb.
Offsideplus.az xəbər verir ki, bu barədə "Kicker" nəşri məlumat yayıb. Mütəxəssis bunları söyləyib:
"Biz Oliver Birhoff ilə 2021-ci ilin yazında Münhenə yollanıdıq. Camalla, o cümlədən, əlbəttə ki, anası ilə söhbətləşdik. O, İngiltərədə böyüyüb, orada dostları olub və bütün yeniyetməlik illərini orada keçirib. Camal artıq İngiltərədə, yoxsa Almaniyada oynamaq istədiyini də düşünürdü. Bu, milli komandanın baş məşqçisi olduğum müddətdə yeganə hal idi ki, bir oyunçuya söz vermişdim: o, "Bayern'in davamiyyətli oyunçusu olmasa da, ona dedim ki, bizi seçsə, yayda AÇ-2021-də mütləq oynayacaq".
Gənc yarımmüdafiəçinin "Bayern" karyerası ümumilikdə 177 oyun, 52 qol və 35 məhsuldar ötürmədən ibarətdir.