AZ

FAO nümayəndəsi: Qlobal aqro-ərzaq sistemlərinə hər il təxminən 1 trilyon dollar investisiya lazımdır

Net sıfır və iqlim davamlılığı hədəflərinə çatmaq üçün qlobal aqro-ərzaq sistemlərinə indidən 2030-cu ilə qədər hər il təxminən 1 trilyon dollar investisiya lazımdır.

"Far.Az" xəbər verir ki, bunu Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndəsi Ceffri Qrifin COP29 çərçivəsində “İqlim və biomüxtəliflik arasında əlaqə:dayanıqlı gələcək üçün inteqrasiya olunmuş həllər” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, dünyada torpaqların 1/3-i deqradasiyaya uğrayıb və hər il 100 milyon hektar kənd təsərrüfatı torpağı deqradasiyaya məruz qalır:

"Kənd təsərrüfatı sabit iqlim, inkişaf edən biomüxtəliflik və sağlam torpaqdan asılıdır. COP29 başa çatdıqca iqlim maliyyələşməsi üzrə ambisiyaları artırmaq və planet üçün işləyən aqro-ərzaq sistemləri həllərinə investisiya qoymaq lazımdır".

Seçilən
52
far.az

1Mənbələr