AZ

“BakuBus” avtobusu qadını vurdu - Vəziyyəti ağırdır

Dünən Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, hadisə saat 20:00 radələrində Xətai rayonu Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Belə ki, “BakuBus” MMC-yə məxsus avtobus 1965-ci il təvəllüdlü Eyvazova Sevda Nazir qızını vurub.

Xəstəxanaya çatdırılan qadının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.

Seçilən
26
8
sabah.az

10Mənbələr