AZ

Bakıda keçirilən tədbirdə dünyanın altı bölgəsinin gənclərini birləşdirmək təklifi verildi

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) on birinci günündə Yaşıl Zonada "Təbiətə əsaslanan həllər (NBS) üçün Gənclər Koalisiyasının 6 regionda gücləndirilməsi" adlı tədbir keçirilib.

seher.media xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbir həmrəyliyi təşviq etmək və regional iqlim strategiyalarını inkişaf etdirmək üçün 6 regionda - Yaxın Şərq və Afrika, Latın Amerikası və Karib hövzəsi, Avropa və Mərkəzi Asiya, Cənubi Qafqaz, Asiya və Sakit okean regionunda gəncləri birləşdirmək məqsədi daşıyır.

Təbiətə əsaslanan həllərdən istifadə etməklə, gənc liderlər yerli ekoloji problemlərin həlli və icmalarında dayanıqlı dəyişikliklərin aparılması üçün birgə fikirlər bildiriblər. Tədbirdə Zineb Jaudet, Lukas Marks, Paloma Kosta, Henna Hundal çıxış edib, bu təşəbbüsün əhəmiyyətindən danışıblar.

Xanım Aydın

Seçilən
7
2
seher.media

3Mənbələr