AZ

“İşsizliklə bağlı bu məsələyə aydınlıq gətirilməlidir”

“Regionlarda əməkhaqqı Bakıdan hardasa 2 dəfə, orta əməkhaqqından isə 1,8 faiz aşağıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.

“Burada 2018-2024-cü illərdə Azərbaycanda 624 iş yerinin açıldığı qeyd olundu. Pandemiya vaxtı iş yerlərinin statistikasına yenidən baxılması aktuallıq kəsb etdi.

2018-ci ildə Azərbaycandakı statistik rəqəmə görə 300 min işsiz olub. Son dövlərin rəqəmi isə 385 minin ətarfında idi.

Bu ilin sentyabr ayının göstəricilərinə görə isə təxminən 283,5 min işsizlik statistikası var. Bu baxımdan, 624 min iş yerinin açılması məsələsinə aydınlıq gətirilməsini istərdim”, - deyə deputat bildirib.

Nuranə Daxilqızı

Seçilən
3
3
qafqazinfo.az

4Mənbələr