Türkmənistanda keçmiş ticarət və xarici iqtisadi əlaqələr naziri Begenç Qoçmollayev saxlanılıb. Turkmen.news bu barədə ölkənin hüquq-mühafizə orqanlarından birindəki mənbəyə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, Qoçmollayev istefa verdiyi gün - noyabrın 15-də həbs edilib. Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov onun vəzifəsindən uzaqlaşdırılmasına səbəb kimi işindəki ciddi nöqsanları göstərib. Turkmen.news-un məlumatına görə, sabiq nazir korrupsiyada şübhəli bilinərək saxlanılıb və ifadə verir.
Dörd ay əvvəl bu vəzifəyə təyin olunmuş tekstil sənayesi naziri Nurmuhammet Orazgeldiyev də dindirilməyə çağırılıb. Nəşr qeyd edir ki, o, da həbs olunub.
Bu iş üzrə Baş Prokurorluqda şahid qismində Türkmənistan baş nazirinin keçmiş müavini Batır Atdayev ifadə verib. Əvvəllər ticarət kompleksinə, toxuculuq sənayesinə və özəl sektora nəzarət edən Atdayev vəzifəsini qeyri-qənaətbəxş yerinə yetirdiyinə görə Qoçmollayevlə eyni vaxtda işdən çıxarılıb.
Baş nazirin müavini təyin olunana qədər Atdayev bir neçə il Türkmənistanın baş prokuroru vəzifəsində çalışıb.
Oxuməni.az