Türkiyənin Sakarya şəhərində 32 yaşlı Şəlalə Mirzəli keçmiş sevgilisi Ələddin tərəfindən güllələnərək öldürülüb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisədən sonra qaçan şübhəli yaxalanaraq saxlanılıb.
Hadisə saat 09:00 radələrində rayonun Cümhuriyyət məhəlləsi, Baxçıvan küçəsində baş verib.
Bazarda işlədiyi aşkarlanan azərbaycankı qadın 6 yaşlı uşağını qohumunun yanına qoyub iş yerinə gedərkən tapançadan atəşə tutulub.
Ağır yaralanan 32 yaşlı qadın xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.