AZ

Deputat: İşə düzəlmədə tanışlıq, qohumluq məsələləri aradan qalxmalıdır

“Özünüməşğulluq layihəsinə yenilik gətirilməlidir, bunu birgə məşğulluğa çevirməliyik".

APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında deputat Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, Məşğulluq Mərkəzinin nüfuzu qaldırılmalıdır: “Bu cəmiyyət üçün, sosial problemlərin həlli üçün çox vacibdir. Xüsusilə nazirliklərin yerli nümayəndələri ilə iş məsələləri həll edilməlidir. Vakant yer olanda bu, məşğulluq mərkəzində əksini tapır. Sabah kimsə məşğulluqda qeydiyyatda olmasa da, həmin vakant yerə işə düzəlir, yaxud bu gün məşğulluqda qeydiyyata düşür, sabah işə düzəlir. Bu necə olur? Tanışlıq, qohumluq məsələləri aradan qalxmalıdır”.

Seçilən
21
6
apa.az

7Mənbələr