Kino şirkəti Batmobil avtomobili istehsal edir
Hollivudun məşhur aktyor və rejissoruKristofer Nolanın "Qaranlıq Cəngavəri" haqqında filmlərinə baxanlar avtomobil dünyasında yeni ixtiranın necə real olduğunu görəcəklər.
Reyting.az-ın məlumatına görə, ABŞ-nın "Warner Bros. Studio" kino şirkəti və "Wayne Enterprises", "Action Vehicle" ilə birlikdə Tumbler Batmobilini reallığa çevirib. Filmin baş qəhrəmanının gəzdiyi avtomobilin dəqiq surəti artıq hazırdır.
525 at gücünə malik olan bu maşın təkcə dizaynı ilə deyil, həm də öz mükəmməlliyi ilə hər kəsi heyran qoyur.
İstehsalçıların dediyinə görə, tamamilə yeni avtomobil olan "Batmobile Chevrolet Camaro" "Powertrain" markalı 6,2 litrlik həcmdə "LS3" mühərriki ilə təchiz edilib. Maşın xarici dəri karbon lifindən, həmçinin təbəqə metaldan və davamlı Kevlardan hazırlanır. Filmdən real dünyaya gəlmiş fantastik avtomobilin içərisində müasir kondisioner, "GPS" və beş nöqtəli təhlükəsizlik kəmərləri quraşdırılıb.
Batmobil adlanan bu avtomobili 10 ədəd istehsal olunacaq. Hər bir avtomobil öz müəllif hüquqlarını qoruyan studiyadan orijinallıq sertifikatı alacaq. Bildirilir ki, əslində bu avtomobil adi yollarda sürülmək üçün nəzərdə tutulmayıb. Şərtə görə, bu maşın yalnız şəxsi mülkiyyətdə, yəni müəyyən bir ərazidə istifadə edilə bilər.
Mütəxəssislərin fikrincə, hətta belə şərtin özü də çox nəzərəçarpacaq dərəcədə bir mənfi göstəricidir, çünki bu şərt insanlar arasında ayrı-seçkilik yaradacaq. Lakin çox güman ki, bu 10 Batmobil avtomobili də super qəhrəmanın zəngin pərəstişkarları üçün kolleksiya əşyalarına çevriləcək.
"10 ədəd Wayne Enterprises Tumbler"-in məhdud buraxılışı, tam funksional ikonik Batmobillər yalnız xüsusi dəvətlə satılır. Bu kolleksiya Tumbler Batmobilləri rəsmi olaraq "Warner Bros." kino şirkəti və sırf həvəskar avtomobil kolleksiyaçıları üçün satışa təqdim olunacaq", - deyə super qəhrəman maşınının istehsalına təhkim olunmuş şəxslər bildiriblər.
Batmobilin qiyməti 2,99 milyon dollardır.
Oqtay QORÇU