Bakı.Trend:
Laçın ərazisində artıq ölçü müşahidə stansiyasını qoymuşuq vəbanklar tərəfindən qəbul oluna biləcək məlumatların, datalarıntoplanması prosesi gedir.
Bunu Trend-əaçıqlamasında COP29 tədbiri çərçivəsində keçirilən tədbirdəEnergetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri DövlətAgentliyinin direktoru Cavid Abdullayev deyib.
O bildirib ki, Laçının külək potensialı çox böyükdür:
“Orada külək elektrik stansiyası tikiləcək. Azərbaycanınbərpaoluna enerji mənbələrinə maraq böyükdür. İmzalanan anlaşmamemorandumlarının dinamikasına baxsaq, bunu görə bilərik.Azərbaycan qanunvericiliyinə əsasən hərrac əsas seçim üsullarındanbiridir. Təbii ki, onun üçün həm bərpolunan bir neçə mənbədəəraziləri müəyyənləşdirilməli, eyni zamanda şəbəkə imkanları təhlilolunmalıdır”.
Direktor bildirib ki, növbəti ildə yəqin ki, başlıca olaraqtexnoloji məsələlər istiqamətində işlər gedəcək.
“Bunlar da əsasən transformasiyonlar, saxlanış sistemləridir.İşğaldan azad edilmiş ərazilərlə bağlı konsepsiya var, tədbirlərplanı təsdiq olunub və icra olunur, monitorinq aparılır”,- deyə oqeyd edib.