AZ

Gürcü spiker: "Biz siyasi korrupsiya ilə məşğul olan insanlardan dərs almaq istəmirik"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bəzi postsovet ölkələrinin, xüsusən də Baltikyanı ölkələrin siyasətçiləri Gürcüstana münasibətdə "böyük qardaş" rolunu oynamağa çalışırlar, lakin bu, alınmayacaq, biz bu şərtlər altında Avropa İttifaqına daxil olmaq niyyətində deyilik".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili "İmedi" telekanalının efirində deyib.
"Biz seçki kampaniyası zamanı birbaşa kənardan maliyyələşmənin şahidi olduq. Oktyabrın 20-də qeyri-hökumət təşkilatları tərəfindən "Gürcü arzusu" əleyhinə təşkil edilən izdihamlı mitinq də, digərləri kimi, Avropa İttifaqının hesabına maliyyələşdirilib. Bu aksiyaya xərclənən pulların Avropaya, onun dəyərlərinə və bizim səylərimizə nə aidiyyəti var? Gördüklərimiz arasında siyasətçilər var ki, onların keçmişi "yenidənqurma" ilə bağlıdır. Biz bəzi postsovet siyasətçilərini, xüsusən də Baltikyanı ölkələrdən olan siyasətçiləri görürük və düşünürəm ki, uzun müddət Moskvanı və onun necə "böyük qardaş" rolunu oynadığını müşahidə etmişik, indi isə onlar özləri bu rolu oynamağa cəhd edirlər. Bu baş verməyəcək. Biz siyasi korrupsiya ilə məşğul olan insanlardan dərs almaq istəmirik", - deyə Papuaşvili bildirib.
Seçilən
52
50
oxu.az

10Mənbələr