AZ

Yadullayev: “Bu matçlar bizim üçün böyük dərs, təcrübə oldu”

Azərbaycanın U-17 yığmasının baş məşqçisi İlham Yadullayev komandanın Avropa çempionatının ilkin mərhələsindəki çıxışını dəyərləndirib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis qrupda sonuncu olmalarını belə şərh edib:

“Çətin qrupda mübarizə aparacağımızı bilirdik. Eyni səviyyədə olan üç komanda ilə qarşılaşdıq. Hər matçdan əvvəl rəqibə individual yanaşırdıq. Təəssüf ki, ilk iki görüşdə məğlub olduq. Ancaq oyun baxımından uşaqlar rəqiblərdən geri qalmırdılar. Yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edirdilər. Macarıstanla ilk matçda bir az problem yaşadıq. Bu da ilk oyun olmasından qaynaqlandı. Erkən qollar buraxdıq. Yunanıstan yığması ilə ikinci görüşün birinci hissəsi qolsuz yekunlaşdı. İkinci hissədə adi səhvlərdən qollar buraxdıq. Rumıniya seçməsi ilə son qarşılaşmaya futbolçularımız daha sərbəst çıxmışdılar. Əzmkar oyun göstərdik, hesabda geri düşsək də, heç-heçə edə bildik. Hətta qələbə qazana da bilərdik.

Uşaqların turnirdəki ümumi çıxışından razı qaldıq. Bu matçlar bizim üçün böyük dərs, təcrübə oldu”.

Azərbaycan yığması Yunanıstana 0:3, Macarıstana 0:4 hesabıyla uduzub, Rumıniya ilə isə heç-heçə edib – 1:1.

Seçilən
14
7
futbolpress.az

10Mənbələr