AZ

Ursula fon der Leyen bir nəfəri ölümdən qurtardı: Sonra qara “Mercedes”ə minərək...

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen təyyarənin göyərtəsində olan bir nəfəri xilas edib.

Publika.az xəbər verir ki, bu barədə “Bild” qəzeti “Swiss Air” şirkətinin Sürixdən Brüsselə uçan LX780 reysinin sərnişinlərindən birinə istinadən yazıb.

“Biz Brüsselə qayıdırdıq. Sərnişinlərdən birinin köməyə ehtiyacı vardı. Həmişə olduğu kimi, ekipaj tibbi bilikləri olanlardan cavab vermələrini xahiş etdi. Ursula fon der Leyen köməyə gəlib", - sərnişin bildirib.

Digər sərnişinlərin dediyinə görə, reys Brüsselə enib və burada xəstə həkimlər tərəfindən qarşılanıb.

Bundan sonra fon der Leyen rəsmi görüşdə iştirak etmək üçün qara “Mercedes”ə minərək gedib.

Seçilən
27
publika.az

1Mənbələr