AZ

İxrac 6,6 milyard dollar azalıb, idxal 2,5 milyard dollar artıb


Bu ilin ilk 10 ayı ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 39 milyard 378 milyon 678,6 min dollar olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 22 milyard 742 milyon 283,7 min dollarını ixrac, 16 milyard 636 milyon 395 min dollarını idxal təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 9,5% və ya 4 milyard 141,5 milyon dollar azalıb. Bu dövrdə ixrac 6,6 milyard dollar azalıb, idxal isə 2,46 milyard dollar artıb.
Əvvəllər olduğu kimi, bu ilin ilk 10 ayında da Azərbaycanın əsas ticarət tərəfdaşı İtaliya olub. Bu ilin ilk 10 ayında İtaliyaya 9 milyard 128,9 milyon dollar dəyərində məhsul (xam neft) ixrac olunub. Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında 2-ci (5,1 milyard dollar), Rusiya 3-cü (3,9 milyard dollar), Çin 4-cü (3 milyard dollar), Almaniya 5-ci (1,3 milyard dollar), ABŞ isə 6-cı (1 milyard dollar) olub.

Murad Məmmədov
Seçilən
16
1
yeniavaz.com

2Mənbələr