AZ

Airbus neo-nun yarısı mühərrikin aşınması səbəbindən Rusiyada uçuşlarını dayandı

Rusiya aviaşirkətləri Airbus neo ailəsinə məxsus təyyarələrin yarıdan çoxunun mühərrik aşınması (yeyilmə, köhnəlmə-red.) səbəbindən istifadəsini dayandırıb. Bu barədə “Kommersant” yazır.

66 A320/A321neo gəmisindən 34-ü hazırda boş durmaq vəziyyətindədir. Bəziləri mühərriklərin resursunu yüksək mövsümə qədər qorumaq üçün ehtiyatda saxlanılır. Bununla belə, qəzetin həmsöhbətlərinin fikrincə, ondan on beşə qədər təyyarə uçuşa qayıtmaya bilər.

Ən çətin vəziyyət S7 aviaşirkətindədir, Airbus neo ailəsinə aid 39 təyyarədən 31-i uçmayır. Cəmi bir il ərzində S7-də park edilmiş A320/A321neo-ların sayı iki dəfədən çox artıb.

S7 tərəfindən idarə olunan Airbus neo, Amerikanın “Pratt & Whitney” şirkətinin mühərrikləri ilə təchiz edilmişdir. Bu mühərrikləri yalnız istehsalçının özü təmir edir və Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar tətbiq etdiyi sanksiyalardan yan keçmək üçün yenilərini idxal etmək mümkün deyil: mühərriklər izlənilir.

S7 donanmasından əlavə, Rusiyanın daha 27 A320/A321neo təyyarəsi var. Bunlardan on biri “Ural Hava Yolları”na (Ural Airlines) aiddir. "Kommersant"ın mənbələrinə görə, onlar Fransanın “CFM” şirkətinin mühərriki ilə təchiz olunub və bunun üçün "ayrı-ayrı hissələri" idxal etmək olar. Bununla belə, “Ural Hava Yolları” artıq mühərrikin istifadə müddəti bitdiyinə görə bir təyyarəni park edib və qışda mühərriklərin ömrünü uzatmaq üçün ailənin istifadəsini azaltmağı planlaşdırırlar.

“Kommersant”ın bir neçə həmsöhbətinin sözlərinə görə, təmir olmadığı halda, Airbus neo təyyarələri 2026-cı ildə kütləvi şəkildə istismardan çıxarılmağa başlayacaq.

Almaz Həsənli

Seçilən
9
oxumeni.az

1Mənbələr