Hazırda "Red Bull" ilə əməkdaşlıq edən alman mütəxəssis Yürgen Klopp Fransa klublarından birinin layihəsində iştirak edəcək.
Fanat.Az xəbər verir ki, məlumatı “Lequipe” yayıb.
Mənbənin məlumatına görə, söhbət “FK Paris” klubundan gedir.
Paytaxt klubunun gələcək sahibi Antuan Arno nəşrə açıqlamasında əməkdaşlıqdan danışıb. “Mən artıq Klopp ilə danışmışam, onunla işləyəcəyimiz üçün fəxr edirəm. O, araşdırma işlərində bizə kömək edəcək”.
Qeyd edək ki, "FK Paris" hazırda Fransanın ikinci divizionunda çıxış edir. Keçirilən 13 oyundan sonra komanda 27 xal toplayıb və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Mirağa