AZ

Cəsarət Hüseynzadə: "Yaşıl Zonada ən güclü, davamlı QHT-lər üçün ayrılmış pavilyondir"

"EdnewsTv-nin qonağı, "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri və QHT.az saytının rəhbəri Cəsarət Hüseyinzadə COP 29-da vətəndaş cəmiyyətlərinin imkanları və təsirlərinin artmaqda olduğunu qeyd edib. Onun sözlərinə görə, QHT-lərin bu tədbirdə rolu nəzərəçarpacaq dərəcədə güclənib və artıq 10 min nəfərdən çox vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edir. O, xüsusilə Yaşıl Zonada Milli QHT Forumunun və digər qeyri-hökumət təşkilatlarının pavilyonlarının fəaliyyətinin diqqətəlayiq olduğunu vurğulayıb.  

"Yekun rəqəmlər bəlkə də bir az daha çox olacaq, amma artıq Azərbaycanda keçirilən bu tədbirdə vətəndaş cəmiyyətinin rolu hər keçən gün daha da artır," - deyə Cəsarət Hüseyinzadə əlavə edib.  

QHT sədri həmçinin, COP 29 tədbirlərinin təşkilinin çətinliklərini və qeyri-hökumət təşkilatlarının iştirakının çoxsaylı tədbirlərlə zəngin olduğunu qeyd edərək, müxtəlif forumlar və platformaların yaranmasına dair işlərin davam etdiyini bildirib. O əlavə edib ki, "Bu cür tədbirlər, vətəndaş cəmiyyəti nümayəndələri üçün qlobal və regional problemlər üzrə yeni əməkdaşlıq imkanlarının yaradılmasına şərait yaradır və yerli səviyyədə təşəbbüslərin inkişafına dəstək verir."  

Cəsarət Hüseynzadə vurğulayıb: "Yaşıl Zonada ən güclü, davamlı QHT-lər üçün ayrılmış pavilyondur".

 

Daha ətraflı videoda:

 

Pərvanə Fərhadqızı

Seçilən
11
qht.az

1Mənbələr