Layihə çərçivəsində COP29 müddətində Sumqayıt şəhərinin Heydər Əliyev Mərkəzində 100 nəfər 16-25 yaş arası gənclər üçün 3 günlük interatiktiv üsullarla maarifləndirici təlimlər keçirilib və mövzu ətrafında iştirakçılarla geniş müzakirələr aparılıb.
Azəri Gənclər Alyansı İctimai Birliyinin sədr müavini Nəzrin Fəyyaz tədbirlərin açılışını etdikdən sonra millət vəkilləri Mehriban Vəliyevaya, Elnarə Akimova mövzu ətrafında çıxış ediblər.
COP29 müddətində gənclərin yaşıl həyat tərzinə təşviq edilməsinin mühim hadisə hesab edən millət vəkilləri mövzu haqqında fikir mübadiləsi apardıqdan sonra ekspert Minayə Ələkbərli və təlimçi Sevinc Qasımova yaşıl həyat tərzinə keçid və eko davranışlardan mövzusunda edərək gəncləri eko həyat ilə bağlı məlumatlandırıblar. Daha sonra gənclərlə canlı diskurs aparılıb və mövzu ətrafında rəy və təkliflər qeydə alınıb.
Eyni zamanda, “Gənclərin Yaşıl Enerjiyə keçidinin təşkili” adlı maarifləndirici layihə çərçivəsində Sumqayıt şəhərində gənclərə ekohəyat haqqında biliklər aşılanıb və Sumqayıt şəhərində 40 nəfər fəal könüllü gənc və ictimaiyyət nümayəndələri ilə birlikdə ağacəkmə aksiyası həyata keçirilib. Sonda iştirakçılara sertifikatlar təqdim edilib.
6Mənbələr
-
bakupost.az“Yaşıl həyat naminə” mövzusunda təlim keçirilib - FOTO ( 13247815)
-
aznews.azAzəri Gənclər Alyansı “Yaşıl həyat naminə” mövzusunda təlimlər keçirib ( 13247671)
-
demokrat.azAzəri Gənclər Alyansı “Yaşıl həyat naminə” mövzusunda təlimlər keçirib— FOTOLAR ( 13242442)
-
cebheinfo.azAzəri Gənclər Alyansı “Yaşıl həyat naminə” mövzusunda təlimlər keçirib ( 13241731)
-
sia.azAGA “Yaşıl həyat naminə” mövzusunda təlimlər keçirib ( 13241386)
-
yenicag.azAzəri Gənclər Alyansı “Yaşıl həyat naminə” mövzusunda təlimlər keçirdi – FOTO ( 13238917)