AZ

BHİK Baş katibinin müavini Erik Manzi “Buzovna” Fizioterapiya Mərkəzində olub (FOTO)

Bakı. Trend:

COP29-da iştirak etmək üçün Bakıda səfərdə olan BeynəlxalqHəmkarlar İttifaqları Konfederasiyası (BHİK) Baş katibinin müaviniErik Manzi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının(AHİK) “Buzovna” Fizioterapiya Mərkəzində olub.

Trendxəbər verir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqlarıKonfederasiyası məlumat yayıb.

Bildirilib ki, mərkəzə baxış zamanı Azərbaycan Həmkarlarİttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov qonağa məlumatverib ki, burada 90 nəfərlik 2 dördmərtəbəli yataq korpusu var.Bütün otaqlar zəruri məişət avadanlıqları ilə təchiz edilib. Eləcədə mərkəzdə ittifaq üzvlərinin rahat dincəlməsi üçün istirahətguşələri yaradılıb. İkimərtəbəli müalicə korpusunun birincimərtəbəsində yeməkxana zalı, ikinci mərtəbəsində müalicə və müayinəkabinetləri, masaj otaqları yerləşir. Qapalı hovuz da müalicəolunanların istifadəsindədir. Həmçinin mərkəzin ərazisində genişyaşıllaşdırma işləri aparılıb, gül-çiçək, dekorativ kol və ağaclarəkilib.

BHİK rəsmisi yaşayış otaqlarına, müalicə və müayinəkabinetlərinə baxıb, yaradılmış şəraitlə tanış olub. Həkimlərləsöhbət edən qonağa mərkəzin iş prinsipi, göstərilən xidmətlər,prosedur qaydaları, qidalanma haqqında məlumat verilib.

Həmçinin bildirilib ki, COP29 tədbirlərinə qatılan xariciqonaqların yerləşdikləri məkanların arasında ”Buzovna”Fizioterapiya Mərkəzi də var. Qonaqların burada qalmaları vəistirahəti üçün bütün zəruri tədbirlər görülüb, eyni zamanda “AHİKkönüllüləri” proqramının iştirakçıları onların rahat işləməsi üçünhər cür dəstəyi verirlər.

Erik Manziyə “AHİK könüllüləri” proqramı haqqında da məlumatverilib. Bildirilib ki, AHİK-in yeni layihəsi olan könüllükproqramı həmkarlar ittifaqlarının fəaliyyətinin təbliği, nüfuzununartırılması və sıralarının genişlənməsi məqsədi daşıyır.Könüllülərlə söhbətləşən BHİK rəsmisinin diqqətinə çatdırılıb ki,onlar AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasınıntələbələridir. Bu layihə onların bilik və bacarıqlarınınartırılması, istedadlarını nümayiş etdirmələri, təcrübə qazanmalarıvə sosiallaşmaları üçün olduqca mühüm fürsətdir. Həm də onlar COP29tədbirinin keçirilməsinə, iqlim dəyişmələrinə qarşı mübarizəyədəstək vermək üçün buradadırlar və bu nəcib missiyadan qürurduyurlar.

Erik Manzi Bakı şəhəri və iştirakçısı olduğu COP29 haqqındatəəssüratlarını bölüşüb, tədbirin yüksək səviyyədə təşkilolunmasından, insanların qonaqpərvərliyindən razılığını ifadəedib.

Qeyd edilib ki, BHİK Baş katibinin müavini Erik ManziKonfederasiya sədri Sahib Məmmədovla birgə Bakının tariximəkanlarında da olub.

BHİK
BHİK
BHİK
BHİK
BHİK
BHİK
BHİK
BHİK
BHİK
BHİK
BHİK
BHİK
BHİK
Məqalədə:
Seçilən
4
16
az.trend.az

10Mənbələr