Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın təsis etdiyi “Hamaqrudum” Partiyası 2023-cü ildə Korrupsiyaya qarşı Mübarizə Komitəsinə maliyyə mənbələri, xərclər və əmlak haqqında hesabat verməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə sözügedən qurum məlumat yayıb.
Komitənin rəsmi saytında dərc olunan məlumata görə, qurum bu faktı qeydə alıb və partiya rəhbəri Vardan Oskanyana 50 min dram inzibati cərimə tətbiq edilib.
Korrupsiyaya qarşı Mübarizə Komitəsi keçmiş nazirə 30 gün ərzində pozuntu aradan qaldırılmasa, partiyanın fəaliyyətinin dayandırılmasının mümkünlüyü barədə də xəbərdarlıq edib.
Müəllif: Mənsur Rəğbətoğlu