AZ

Almaniyalı nazir: “Su üzrə Bakı Dialoqu konkret fəaliyyətlərə böyük töhfə verə bilər”


İqlim Fəaliyyəti üçün Su üzrə Bakı Dialoqu mühüm müzakirələrə və konkret fəaliyyətlərə təkan verəcək.

AZXEBER.COM xəbər verir ki, bunu Almaniyanın ətraf mühit, təbiətin mühafizəsi, atom təhlükəsizliyi və istehlakçıların hüquqlarının müdafiəsi üzrə naziri Steffi Lemke COP29 çərçivəsində keçirilən \"İqlim, təbiət və insanlar üçün suyun həyat xəttini qeyd edirik” adlı tədbirdə bildirib.

\"Hazırda biz daha çox quraqlıqlar, artan su qıtlığı və dağıdıcı daşqınlarla üzləşirik. Su böhran simvolu deyil, həllin ayrılmaz hissəsi olmalıdır. Buna görə də COP rəhbərliyinin su məsələsinə diqqət yetirməsini yüksək qiymətləndiririk. Bakı Dialoqu diqqətli müzakirələrə və konkret tədbirlərin həyata keçirilməsinə böyük töhfə verə bilər”, - deyə nazir bildirib.

S. Lemke su məsələsinin müxtəlif siyasət sahələrinə sistemli şəkildə inteqrasiya edilməsinin zəruriliyini qeyd edib: \"Bərpa olunmuş torf bataqlıqları böyük həcmdə karbon udur. Bununla yanaşı, su, uyğunlaşma proseslərinin əsas elementidir və qlobal uyğunlaşma məqsədləri üçün həyati əhəmiyyət daşıyır. Su siyasəti milli uyğunlaşma planlarının ayrılmaz hissəsi olmalıdır”.

Nazir Bakı Dialoqunun qlobal su idarəçiliyi üçün vacib bir platforma olduğunu vurğulayaraq əlavə edib: \"Biz bir-birimizdən su idarəçiliyi ilə bağlı çox şey öyrənə bilərik. Almaniya bu prosesdə fəal iştirak etməyə hazırdır. Suyun həyat mənbəyi kimi qorunması üçün birlikdə çalışmalıyıq”.

S. Lemke suyun yalnız iqlim uyğunlaşması deyil, həm də qlobal dayanıqlılıq və həyat üçün əsas şərt olduğunu bir daha diqqətə çatdırıb.
Seçilən
30
3
azxeber.com

4Mənbələr