AZ

İqtisadçı qaz limitini ləğv etməyə çağırdı: "Gürcüstana daha ucuz satırıq"

"Bu il Azərbaycan Gürcüstana 1 m3 qazı 17,5 qəpiyə satıb. Səbəbləri qoyaq kənara, yəni Gürcüstan tranzit ölkədir, iki ölkə  arasında anlaşmalar var, qonşu ölkədə SOCAR həm də qazpaylayıcı şirkətdir və pərakəndə satışdan da qazanır. Amma məmləkətdə əhali illik 1200 kubmetrlik normanı keçərsə, 2500 kubmetrin 1 kub metri üçün 20 qəpik, bu limiti də aşarsa, sonrakı hər kubmetr üçün 25 qəpik ödəyir".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisaçdı ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki, neft-qaz ölkəsinin vətəndaşı Gürcüstsan vətəndaşlarından daha baha qaz istehlak etməməlidir. İqtisadçı bununla bağlı hökumətə səslənib: "Neft-qaz ölkəsində qaz və elektrik istehlakına qoyulan limit zatən ayıbdır. Limit qoyub qiymət müəyyən edilirsə, ən azı limiti keçəndə Gürcüstana satılan qiyməti tətbiq edilməlidir ki,  əhali, heç olmasa, 17,5 qəpik ödəsin.  Limitin ləğv edilməsi isə daha yaxşı olar"

Məğrur,

Sitat.info

Seçilən
6
1
sitat.info

2Mənbələr