AZ

ABŞ Ukraynaya piyada əleyhinə minaların verildiyini və digər hərbi yardımın göstərildiyini təsdiqləyib

Çərşənbə günü Bayden administrasiyası tezliklə ABŞ-ın Ukraynaya piyada əleyhinə mina göndərəcəyini təsdiqləyib, Turan-ın Vaşinqton müxbiri bildirib.

"Mən təsdiq edə bilərəm ki, biz Ukrayna hökumətinə piyada əleyhinə minalar göndəririk. Tank əleyhinə minalar da göndəririk", - brifinq zamanı Dövlət Departamentinin nümayəndəsi Metyu Miller bildirib.

Onun sözlərinə görə, bu minalar quru qoşunlarının hücumunu pozmaq üçün nəzərdə tutulub ki, bunlar ABŞ-ın tədarük etdiyi digər döyüş sursatları ilə birlikdə Ukraynanın müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artırır.

ABŞ-ın göndərdiyi minalar elektrik qoruyucuları  ilə təchiz edilib və batareyalar vasitəsilə yüklənir ki, batareya boşaldıqda onlar partlamır. Onlar dörd saatdan iki həftəyə qədər inert vəziyyətdə qala bilir.

Bu addım Kiyevin 600 millik cəbhədə və Donetsk vilayətində xüsusi qüvvə ilə Ukrayna mövqelərinə daxil olmağa cəhd edən çoxsaylı rusiyalı hərbçiyə müqavimət göstərməyə çalışdığı vaxtda atılıb.

Çərşənbə günü Bayden administrasiyası Ukrayna üçün təhlükəsizlik sahəsində əlavə yardımı elan edib. 275 milyon dollarlıq paketə raket sistemləri və artilleriya üçün döyüş sursatları, həmçinin tank əleyhinə silahlar daxildir.

"Biz Ukraynanın savaş meydanında uğur qazanması və Rusiya təcavüzündən qorunmaqda qalib gəlməsi üçün ona lazım olan dəstəyi verməyə davam edəcəyik", - dövlət katibi Entoni Blinken bildirib.

Seçilən
8
turan.az

1Mənbələr