AZ

Pakistanda terror hücumları artıb - Daha 55 hərbçi öldürülüb

Pakistanda terror hücumları artıb .

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Pakistanda son üç həftədə silahlılarla toqquşmalarda və "canlı bomba" partladılmalarında ən azı 55 hərbçi öldürülüb.

Məlumata görə, təhlükəsizlik qüvvələrinə ən çox hücumlar daha çox Bəlucistan və Hayber Paxtunxva əyalətlərində baş verib: "Noyabr ayında son üç həftədə 55 hərbçi öldürülüb. Oktyabr ayında isə 62 hərbçinin həyatına son verilib".

Hesabatda o da deyilir ki, 2024-cü ilin 10 ayı ərzində Pakistanda 785 terror aktı baş verib: "Nəticədə 951 nəfər ölüb, 966 nəfər yaralanıb".

Zülfiyyə Mustafayeva
MİA.AZ

Seçilən
9
mia.az

1Mənbələr