AZ

"Barselona"nın forvardı Ronaldonu kumiri adlandırdı

İcarəyə verilən "Betis"də çıxış edən "Barselona"nın braziliyalı hücumçusu Vitor Roke kumirinin adını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, “Madrid Universal” 19 yaşlı futbolçunun dediklərini belə çatdırıb.

"Mən Neymarı sehrinə görə sevirəm, amma Kriştiano mənim kumirimdir".

Xatırladaq ki, 39 yaşlı Kriştianu Ronaldo hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edir. Təcrübəli portuqaliyalı bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 9 oyun keçirib və bu oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə edib. Vitor Roke bu mövsüm İspaniya çempionatında "Betis"in heyətində on oyun keçirib və üç qol vurub.

Seçilən
23
90deqiqe.az

1Mənbələr