Rusiya Fövqəladə Hallar Nazirliyi Livan əhalisinə humanitar yardım çatdırıb.
Milli.Az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin aviasiyası Livan əhalisinə humanitar yardım çatdırıb. Təyyarədə 24 ton ərzaq və dərman var.
"İl-76 təyyarəsi 24 ton humanitar yük göndərib: Ərzaq və dərman", - deyə idarənin bəyanatında deyilir.
Qeyd edək ki, humanitar missiya başlayandan bəri Rusiya Livana 100 ton ərzaq, dərman və ilkin tələbat malları gətirib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Livana beynəlxalq yardım yeni vətəndaş müharibəsinə səbəb olmamalıdır.
Nərmin
Milli.Az