AZ

Merkeldən illər sonra gələn etiraf: Putindən qorxduğu üçün...

Almaniyanın keçmiş kansleri Angela Merkel vəzifədə olduğu müddətdə Rusiya lideri Vladimir Putinin hərbi reaksiyasından qorxduğu üçün Ukraynanın NATO-ya üzv olmasına mane olub.

Teleqraf.com xəbər verir ki, bu barədə onun xatirələrinin bir hissəsini dərc edən “Die Zeit” yazır.

Merkel 2008-ci ildə Buxarestdə NATO-nun həlledici sammitində Ukrayna və Gürcüstana namizəd statusu vermək təklifinin müzakirəsi ilə bağlı qeyd edir:

“Mən Mərkəzi və Şərqi Avropa ölkələrinin tezliklə NATO-ya üzv olmaq istəklərini duydum”.

Keçmiş kanslerin fikrincə, yeni üzvün qəbulu təkcə ona yox, həm də NATO-ya təhlükəsizlik gətirməlidir. O, Rusiya qüvvələrinin Ukraynanın Krım yarımadasında olmasının risklər yaratdığını bildirir. Merkel izah edir ki, Rusiya ilə bu cür birləşmə (ilhaq) alyansa üzv olmağa namizədlərin heç birində baş verməyib. Siyasətçi həmçinin Krım tatarlarının da ilhaqı dəstəklədiklərini iddia edib.

Merkel xatirələrində yazır:

“Üzvlüyə namizəd statusunun Ukrayna və Gürcüstanı Putinin təcavüzündən qoruyacağı və bunun onu hadisələrin inkişafını passiv şəkildə qarşılayacaq qədər məhdudlaşdıracağı gümanını illüziya hesab edirdim. O halda belə təsəvvür etmək olardımı ki, fövqəladə vəziyyətlərdə NATO-ya üzv ölkələr hərbi güclə cavab verəcək və müdaxilə edəcəklər? Təsəvvür edirsinizmi ki, əgər kansler Almaniya Bundestaqından Bundesverə belə bir mandat istəsəydi, əksəriyyətin dəstəyini alardımı?”.

Merkel vurğulayır ki, nəticədə qeyd olunan ölkələrin heç birinin NATO tərəfindən müdafiə edilməyəcəyinə dair kompromis əldə olunub:

“Gürcüstan və Ukraynanın namizəd statusu ilə bağlı öhdəlik alınmaması onların ümidlərinə “yox” demək idi. NATO-nun da onlara üzvlük vədi verməsi Putin üçün hər iki ölkənin NATO üzvlüyünə “hə” və müharibə elanı demək idi”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
11
teleqraf.com

1Mənbələr