Kremlin sözçüsü Dmitri Peskov Rusiya Silahlı Qüvvələri tərəfindən qitələrarası ballistik raketin buraxılması ilə bağlı sualı cavabsız qoyub.
Azpost.info xəbər verir ki, Peskov bildirib ki, hazırda bu barədə heç nə deyə bilməz.
“Hərbi qurumlarla əlaqə saxlamağı məsləhət görürəm. İndi bu mövzuda deməyə sözüm yoxdur”, – Peskov deyib.
Azpost.info