Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 74.6 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu əvvəlki hərracla (19 noyabr) müqayisədə 1.6 milyon dollar və ya 2.2% çoxdur.
Qeyd edək ki, noyabrın əvvəlindən bəri keçirilən hərraclarda tələb bu qədər olub:
Tarix | Tələb |
21 noyabr | 74.6 milyon dollar |
19 noyabr | 73 milyon dollar |
14 noyabr | 39.7 milyon dollar |
7 noyabr | 77.1 milyon dollar |
5 noyabr | 69.3 milyon dollar |