Müğənni Ferdi Tayfurun mətbuatdan və ictimaiyyətdən sirr kimi saxladığı oğlu Taha illər sonra görüntülənib.
Sfera.az xəbər verir ki, sənətçi Habibe Ümyani Demirdən olan yeganə oğlunu illərdir ki heç kimə göstərmirdi.
Onun ilk dəfə17 yaşlı oğlu Taha ilə fotosu yayılıb. Şəkili Taha sosial şəbəkə hesabında paylaşıb.
O atasının ad gününü təbrik edərək "Yaxşı ki, doğuldun, yaxşı ki, mənim atamsan" sözlərini yazıb.
Tahanı ilk dəfə görənlər "Necə də yaraşıqlıdır", "Atasının gəncliyidir", "Maşallah, yaraşıqlıdır", "Ferdi Tayfurun surətidir, çox oxşayır" şərhlərini yazıblar.