AZ

Deputat: Niyə müharibə əlillərinə mənfi cavab verilir?


"Birinci Qarabağ müharibəsi əlillərinin pensiya təminatı ilə bağlı məsələ illərdir davam edir. Son illər bir neçə Birinci Qarabağ müharibəsi əlilinin pensiya təminatı dayandırılıb. Onlar narazılıqlarını bildirirlər". 

 

NUH.az   apa.az-a  istinadla  xəbər verir ki, bunu deputat Azər Badamov deyib.

O bildirib ki, həmin vətəndaşlar əlilliyinin dayandırlması ilə bağlı yenidən müraciət etdikdə onlara mənfi cavab verilir:

"Mümkündür ki, həmin vətəndaşlar onlyan şəkildə deyil, əyani qəbul olunsun və əlillikləri bir daha dəyərləndirilsin. Nəyə görə əlillikləri dayandırılıb, birbaşa izah olunsun".

Komitə sədri Musa Quliyev isə qeyd edib ki, şikayət varsa, əyani şəkildə əlilliyin təyinatı üçün görüşlər aparılır: "Bəlkə seçiciləriniz bunu bilmir. Amma bu məlumatı onlar bilməlidir".


Seçilən
1
8
nuh.az

9Mənbələr