AZ

ADNSU-dan möhtəşəm beynəlxalq uğur - FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “Times Higher Education”nın (THE) tərtib etdiyi “İnterdisiplinar Elm Reytinqi 2025”-də (“Interdisciplinary Science Rankings 2025”) ilk dəfə yer alıb.

"Unikal" xəbər verir ki, THE-nin “Schimidt Science Fellows” təşkilatı ilə birgə hazırladığı və dünyanın 749 ən yaxşı ali məktəbinin daxil olduğu bu reytinqdə ADNSU 201-250 diapazonunda qərarlaşıb.
Ümumi olaraq mümkün 100 baldan 42.6-45.4 diapazonunda bal toplayaraq Azərbaycan universitetləri arasında yüksək mövqe tutan ADNSU ən yüksək nəticəni – 100-dən 83,3 balı interdisiplinar araşdırmalara dəstək üçün infrastruktur, idarəetmə və tanınma mexanizmləri – “Proseslər” kateqoriyası üzrə qazanıb.
“İnterdisiplinar Elm Reytinqi 2025”-də TOP 500-də 3 Azərbaycan universiteti yer alıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Dövlət Universiteti 201-250-ci, Azərbaycan Texniki Universiteti isə 401-500-cü mövqedə qərarlaşıb.
Reytinq üç əsas istiqaməti əhatə edir və ADNSU-nun bu istiqəmətlər üzrə əldə etdiyi nəticələr aşağıdakı kimidir:

1. Resurslar: İnterdisiplinar tədqiqatlara ayrılan maliyyə və digər imkanlar. (19,2 bal)
2.Proseslər: İnterdisiplinar araşdırmalara dəstək üçün infrastruktur, idarəetmə və tanınma mexanizmləri. (83,3 bal)
3.Nəticələr: Elmi nəşrlər, sitat keyfiyyəti və qlobal nüfuz. (40,3 bal)

“Times Higher Education” Interdisciplinary Science reytinqi universitetlərin fənlərarası elmə töhfəsini ölçən və qlobal problemləri həll etmək üçün elmlərarası əməkdaşlığı qiymətləndirən ilk reytinqdir. ADNSU-nun bu reytinqdə yüksək yer tutması universitetin müxtəlif elm sahələrini birləşdirən araşdırmalar istiqamətində əldə etdiyi uğurların nəticəsidir.

Seçilən
17
4
unikal.az

5Mənbələr